Ötən il Saatlı rayonunda heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın baş sayı artıb, həmçinin ət və süd məhsullarının istehsalı çoxalıb.
Saatlı rayon Statistika İdarəsindən verilən məlumata görə, təsərrüfatlarda mal-qaranın baş sayı 67853 başa çatıb. İnək və camışların baş sayı 32464 baş, qoyun və keçilərin baş sayı 115826 baş olub. Ət istehsalı 7071,6 ton, əvvəlki illə müqayisədə 0,1 faiz çox olub. Quş əti istehsalı isə 1,5 faiz artaraq 595,9 tona çatıb. Təsərrüfatlar hesabına süd istehsalı 41884,2 ton olub ki, bu göstərici əvvəlki illə müqayisədə 0,02 faiz çoxdur. Həmçinin yumurta istehsalı 0,9 faiz artaraq 14317 min ədəd, yun istehsalı 3,3 faiz artaraq 216,4 tona çatıb.