Sabirabad Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə nümayəndəliyin nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, Saatlı rayon Gənclər və İdman İdarəsinin, “Gənclər evi” Sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 2 Fevral- Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyinə həsr olunan tədbir keçirilib.
Öncə Saatlı rayon Tarix-diyarşünaslıq muzeyində və Dövlət Rəsm Qalereyasında gənclər günü ilə əlaqədar təşkil olunan sərgilərə baxış keçirilib. Həmçinin “Gənclər evi” Sosial xidmət müəssisəsinin foyesində təşkil olunan rəsm sərgisi tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənilib. Daha sonra Gəncləri Gününə həsr olunan tədbir “Gənclər evi” Sosial xidmət müəssisəsinin kafesində musiqili-əyləncəli proqramla davam edib.
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndər siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən ölkəmizdə aparılan uğurlu gənclər və idman siyasətindən danışıb. Saatlı rayonu üzrə nümayəndəliyin baş məsləhətçisi İlkin Zeynalov, Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov və digər çıxış edənlər həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolunun artmasından, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmlənməsindən, könüllülük hərəkatının genişlənməsindən danışdıblar. Saatlı rayon Mədəniyyət Mərkəzinin və Bülbül adına Uşaq Musiqi məktəbinin təqdimatında musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sonda bir qrup fəal gəncə mükafat və fəxri fərmanlar təqdim olunub.