Cəmiyyət

Saatlıda “Heydər Əliyev İli”nə həsr olunan bilik yarışının qalibləri müəyyənləşib

Saatlıda “Heydər Əliyev İli”nə həsr olunan bilik yarışının qalibləri müəyyənləşib

Saatlı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişafı və Karyera Mərkəzinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Kahoot!” platforması üzərindən “Heydər Əliyev İli”nə həsr olunan bilik yarışması keçirilib.

Ulu Öndər Heydər Əliyevin ideologiyalarını, azərbaycançılıq məfkurəsini gənclər arasında təbliğ etmək, onun siyasi irsini gənclərə aşılamaq məqsədi daşıyan yarışmada Saatlı rayonu üzrə 7 ümumtəhsil məktəbi təmsil edən komandalar iştirak edib. I yeri - M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbin “Birlik” komandası, II yeri - A.Bayramov adına Məmmədabad kənd tam orta məktəbin “Zirvə” komandası, III yeri isə V.Əsgərov adına şəhər 4 nömrəli tam orta məktəbin “Xəzri” komandası tutub. Qaliblərə fəxri fərmanlar və müxtəlif hədiyyələr təqdim edilib.