Saatlı rayonunda iqtisadiyyatının əsas sahələrindən birini təşkil edən kənd təsərrüfatı üzrə uğurlu nəticələr əldə olunub.
Rayon Statistika İdarəsindən verilən məlumata görə, rayon üzrə 2022-ci ilin yanvar-mart ayları ərzində istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri faktiki qiymətlərlə 15 milyon 571,3 min manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 milyon 661,4 min manat və ya 11,9 faiz çoxdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının yalnız 0,1 faizi dövlət sektorunun payına düşüb.