Saatlı rayon Mədəniyyət Mərkəzinin Orta Muğan kənd klubu və kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” adlı vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Orta Muğan kənd məktəbində keçirilən tədbirdə mədəniyyət işçiləri, müharibə veteranları və qazilər, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Öncə şəhidlərin xatirəsi yad olunub.
Tədbirdə çıxış edənlər işğal altında olan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan Ordusu tərəfindən azad edilməsindən danışıblar.
Bədii qiraət dərnəyinin üzvlərinin ifasında vətənpərvərlik ruhlu şeirlər səsləndirilib.
Sonda məktəblilərin iştirakı ilə “Qarabağ Azərbaycandır!” fləşmobu keçirilib.