Ümumi

Saatlıda Novruz şənliyi coşqu ilə qeyd edilir

Saatlıda Novruz şənliyi coşqu ilə qeyd edilir

Saatlı rayon Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Novruz adətlərini özündə əks etdirən sərgi ilə tanış olublar. Sonra Mədəniyyət Mərkəzinin zalında bədii hissə tamaşaçılara təqdim olunub.

Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov tədbir iştirakçılarının timsalında bütün saatlıları Novruz bayramı münasibətilə təbrik edib.

Bahar qızı, Kosa və Keçəlin çıxışı, bir-birindən maraqlı rəqslər, kompozisiyalar, şən mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.