Ümumi

Saatlıda ötən il arıçılara 16 min manatdan çox subsidiya verilib

Saatlıda ötən il arıçılara 16 min manatdan çox subsidiya verilib

Saatlıda təsərrüfatın digər sahələri ilə yanaşı, arıçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin hər arı ailəsinə görə 10 manat subsidiya verməsi rayonda bu sahə ilə məşğul olan təsərrüfat sahiblərinin artmasına səbəb olub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda Saatlıda 105 arıçılıq təsərrüfatında 1684 arı ailəsi saxlanılır. Ötən il 21 ton 892 kiloqram məhsul əldə olunub. Saxlanılan arı ailəsinə görə arıçılara 16 min 840 manat subsidiya ödənilib. Arıçılar arasında ən yüksək nəticə isə Saatlı şəhər sakini Ehtiram Məmmədova məxsusdur. O, bəslədiyi 173 arı ailəsinin hər birindən 15 kiloqram bal götürməklə, 2 ton 595 kiloqram məhsul əldə edib.