Ümumi

Saatlıda pandemiyaya qarşı nəzarət-profilaktiki tədbirlər davam etdirilir

Saatlıda pandemiyaya qarşı nəzarət-profilaktiki tədbirlər davam etdirilir

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarına əməl olunması ilə bağlı nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, COVID pasportlarının yoxlanılması, eləcə də karantin rejimindən irəli gələn digər qayda və tələblərin təmin olunması ilə bağlı şöbə əməkdaşları tərəfindən rayon ərazisində yerləşən iri ticarət mərkəzlərində monitorinqlər keçirilib, sahibkarlarla və sakinlərlə maarifləndirici söhbətlər aparılıb. Vətəndaşlara sosial məsafənin gözlənilməsinin və tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi barədə məlumatlar verilərək, keçirilən bu cür tədbirlərin məqsədinin əhali arasında sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılması olduğu çatdırılıb.

Tədbirlər zamanı qayda pozuntusuna yol vermiş şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.