Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə F.Şıxaliyev adına Kamallı kənd orta məktəbində “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, eləcə də Kamallı və Hacıqasımlı kənd orta məktəblərinin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. Çıxış edənlər məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıblar. Bildirilib ki, rayon ərazisində bu maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli tədbirlər görülür və cinayət əməli ilə məşğul olan hər bir şəxs saxlanılaraq məsuliyyətə cəlb edilir.
“Erkən nikah və onun fəsadları” mövzusunda da çıxış edənlər yeniyetmə vaxtlarında gənclərin ailə həyatı qurmalarının yolverilməz olduğunu, bu cür halların gənc ailələrdə problemlər yaratdığı barədə məlumatlar veriblər.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.