Elm və təhsil

Saatlıda şagirdlər narkomaniyanın fəsadları barədə maarifləndiriliblər

Saatlıda şagirdlər narkomaniyanın fəsadları barədə maarifləndiriliblər

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Cəfərxan kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Toplantıda çıxış edənlər ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı aparılan qətiyyətli tədbirlərdən danışıblar. Bildirilib ki, bu cinayət əməli ilə məşğul olan hər bir şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilir. Gənclərin isə belə hallarla qarşılaşdıqda ehtiyatlı olmaları, dərhal müəllimlərinə, valideynlərinə və polisə məlumat vermələrinin vacibliyi diqqətə çatdırılıb.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.