Kənd təsərrüfatı

Saatlıda taxıl sahələrindən 80 min tondan çox məhsul yığılıb

Saatlıda taxıl sahələrindən 80 min tondan çox məhsul yığılıb

Saatlı rayonunda cari ilin məhsulu üçün ötən ilin payızında 19801 hektar sahədə taxıl əkilib. Sahələrin 14873 hektarını buğda, 4928 hektarını arpa bitkisi təşkil edib.

Saatlı Rayon Dövlət Aqrar İnkişaf mərkəzindən verilən məlumata görə arpa sahələrində biçin başa çatıb. Hektar payına 36,2 sentner məhsuldarlıq olmaqla, 17847 ton məhsul yığılıb. Buğda sahələrində də biçin başa çatmaq üzrədir. Bu günə qədər biçilən buğda sahəsindən 63030 ton məhsul yığılıb və hektara 42,4 sentner məhsuldarlıq əldə edilib.

Taxıl sahələrinin optimal müddətdə biçilməsi üçün 50-dən çox kombayn zəmilərə cəlb olunub.

Qeyd edək ki, ötən illə müqayisədə bu il rayonda taxıl zəmilərinin sahəsi genişləndirilib. Ötən il 18551,5 hektar sahədən hər hektara 40,69 sentner məhsuldarlıq olmaqla, ümumilikdə, 75485,30 ton məhsul tədarük edilib.