Saatlıda 2022-ci ildə əvvəlki illə müqayisədə ümumi məhsul buraxılışının həcmi 61 milyon 625,1 min manat və ya 17,8 faiz artaraq 407 milyon 684,3 min manat olub.
Rayon Statistika İdarəsindən verilən məlumata görə, ümumi məhsul buraxılışının həcmi sənayedə 33,6 faiz, nəqliyyat və anbar təsərrüfatında 31,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 16,2 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə 12,8 faiz, informasiya və rabitə sahəsində 7,6 faiz artıb. Əvvəlki illə müqayisədə pərakəndə ticarət dövriyyəsinin həcmində 40 milyon 290,8 min manat və ya 16,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində isə 3 milyon 150 min manat və ya 11,6 faiz artım qeydə alınıb.