2021-ci ildə Saatlı rayonu iqtisadiyyatında istehsal olunan ümumi məhsulun həcmi 2020-ci illə müqayisədə 13,9 faiz və ya faktiki qiymətlərlə 43 milyon 305,5 min manat artaraq 355 milyon 588,8 min manata çatıb.
Saatlı rayon Statistika İdarəsindən verilən məlumata görə, istehsal sahələrinin ümumi məhsulda xüsusi çəkisi 75,9 faiz, xidmət sahələrinin payı isə 24,1 faiz səviyyəsində olub. 2020-ci illə müqayisədə istehsal sahəsində 13,7 faiz, xidmət sahəsində isə 14,3 faiz artım qeydə alınıb.
Bu dövrdə ümumi məhsulun 75 milyon 653,7 min manatı (21,3 faiz) sənayenin, 177 milyon 80,9 min manatı (49,8 faiz) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 17 milyon 18,8 min manatı (4,8 faiz) tikintinin, 2 milyon 245,3 min manatı (0,6 faiz) nəqliyyat və anbar təsərrüfatının, 743,2 min manatı (0,2 faiz) informasiya və rabitənin payına düşüb. Ticarət nəqliyyat vasitələrinin təmiri sahəsində isə 82 milyon 846,9 min manatlıq (23,3 faiz) məhsul istehsal olunub və xidmətlər göstərilib.