Ümumi

Saatlıda xidməti fəaliyyətlərində fərqlənən polis əməkdaşları mükafatlandırılıb

Saatlıda xidməti fəaliyyətlərində fərqlənən polis əməkdaşları mükafatlandırılıb

Saatlıda Azərbaycan polisinin 105 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, ziyalılar və polis veteranları iştirak ediblər.

Tədbirdən əvvəl Saatlı Rayon Polis Şöbəsinin şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Gənclər Mərkəzində davam edən tədbirdə çıxış edən şöbə rəisi, polis polkovniki Azər Tağıyev 105 illik tarixi olan polisimizin keçdiyi çətin dövrdən, qazanılan uğurlardan danışıb. O, bundan sonra da ictimai təhlükəsizliyin qorunmasında polisin xidmətinin daha da təkmilləşdiriləcəyini diqqətə çatdırıb.

Digər çıxış edənlər Azərbaycan polisinin keçdiyi şanlı tarixi yoldan söhbət açıb, dövlətçiliyimizin möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə polis işçilərinə uğurlar arzulayıblar.

Sonda xidməti fəaliyyətlərində fərqlənən polis əməkdaşlarına mükafatlar təqdim olunub.