Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Saatlı rayonunda “Zəfər simvolu-Xarıbülbül” adlı tədbir keçirilib.
Tədbir Saatlı Rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı gerçəkləşib.
Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək Ali Baş Komandanın və ordumuzun igid əsgərlərinin sayəsində torpaqlarımızın işğaldan azad olunmasından, Zəfər simvoluna çevrilmiş Xarıbülbülün Qarabağ torpağına sədaqətindən bəhs edib.
Vətən müharibəsi qazisi Surət Ağayev, şəhid atası Əlizamin Nəsirov, şəhid anası Vüsalə Tağıyeva və başqaları çıxış edərək Vətən uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan, sağlamlığını itirən igid Azərbaycan oğullarının qəhrəmanlıqları barədə fikirlərini bölüşüblər.