Kənd təsərrüfatı

Saatlıdan olan fermer Nar müsabiqəsində 2-ci olub

Saatlıdan olan fermer Nar müsabiqəsində 2-ci olub

Oktyabrın 6-da Kürdəmirdə ilk dəfə keçirilən Nar sərgi-satış yarmarkasında Nar müsabiqəsi də təşkil olunub.

Müsabiqədə xarici görünüşünə görə ən yüksək keyfiyyətli məhsul istehsal edən 3 qalib seçilib.

Sabirabad rayonunda fəaliyyət göstərən fermer Rafael Musazadə 1-ci, Saatlı rayonundan Vüqar Xəlilov 2-ci, sabirabadlı fermer Polad Qasımov isə 3-cü yerə layiq görülüblər.

Qalib nar istehsalçılarına peşəkar budama alətləri hədiyyə edilib.