Saatlıdan olan yeniyetmə rəssam Türkmənistanda keçirilən beynəlxalq yarışda iştirak edib. Həmyerlimiz ölkəmizi təmsil edərək, yüksək nailiyyətlə Vətənə qayıdıb.
Türkmənistan Mədəniyyət Nazirliyi tərəfindən xarici ölkələrin gənc incəsənət nümayəndələrinin iştirakı ilə “Xoşbəxt uşaqlıq” adlı uşaqların beynəlxalq rəsm müsabiqəsi keçirilib.
İki yaş qrupu üzrə keçirilən və 15 dövlətdən 1700 müəllifin iştirak etdiyi müsabiqədə Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin "Gənc rəssam" dərnəyinin üzvü Cavadova Günel Rövşən qızı 12-16 yaş kateqoriyasında olan iştirakçılar arasında 1-ci yerə layiq görülüb.
Bu münasibətlə Saatlı Rayon İcra Hakimiyyəti və Sabirabad Regional Mədəniyyət İdarəsi gənc rəssamla görüş keçirib, onu fəxri fərman və qiymətli hədiyyə ilə təltif edib.