Elm və təhsil

Saatlının Əlisoltanlı kənd məktəbinin 20 məzunu tələbə adını qazanıb

Saatlının Əlisoltanlı kənd məktəbinin 20 məzunu tələbə adını qazanıb

Respublikada təhsil sahəsində bir çox uğurları ilə tanınan Saatlı rayonu Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbi bu il də yüksək nailiyyətlər əldə edib. Ali məktəbə sənəd verən məzunların hər biri tələbə adını qazanıb.

Saatlı rayonu Əlisoltanlı kənd məktəbindən bu il 24 şagird məzun olub. Onlardan 20 nəfəri ali məktəblərə qəbul imtahanlarından uğurla keçərək tələbə adını qazanıb. Ali məktəbə qəbul olanlardan 1 nəfəri 600-dən, 2 nəfəri isə 500-dən çox bal toplayanlar sırasında yer alıb.

Qeyd edək ki, məktəb 1904-cü ildən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı üzrə 2013/2014-cü tədris ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində qalib gələrək mükafatlandırılan təhsil ocaqları sırasında Əlisoltanlı kənd tam orta məktəbi də yer alıb. Məktəbin şagirdləri respublika fənn olimpiadaları və müsabiqələrində dəfələrlə qalib olub. Həmçinin şagirdlər dəfələrlə milli intellektual yarışlarda qələbə əldə ediblər.