Ümumi

Saatlının Qaralar kəndində şəhidlərin xatirəsinə abidə ucaldılıb

Saatlının Qaralar kəndində şəhidlərin xatirəsinə abidə ucaldılıb

Saatlıda şəhidlərin xatirəsinə inşa edilən abidənin açılışı olub.

Şəhidlərin xatirəsinə ucaldılan abidə Saatlı rayonunun Qaralar kəndində inşa edilib.

Açılış mərasimində çıxış edənlər bildiriblər ki, Azərbaycan tarixinə şanlı hərflərlə yazılan 44 günlük Zəfər yürüşündə qəhrəman oğullarımız öz adlarını qəlblərimizə həkk etdilər. Onlar Vətən uğrunda canlarından keçməklə bərabər, gələcək nəsillərə şanlı bir tarixi əmanət etdilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi, şəhidlərimizin qisası alındı.

Diqqətə çatdırılıb ki, Saatlı rayonunun Qaralar kəndindən 1-ci Qarabağ müharibəsində altı nəfər, Vətən müharibəsində isə üç nəfər qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Sonra abidə ziyarət olunub, önünə gül çələngi və tər çiçəklər düzülüb. Məktəblilər ədəbi-bədii kompozisiya göstəriblər.

Daha sonra Qaralar kənd qəbiristanlığında şəhidlərimizin məzarları ziyarət edilib, dualar oxunub.