Cəmiyyət

Sabirabad və Saatlıda təqaüddə olan mədəniyyət işçiləri ziyarət edilib

Sabirabad və Saatlıda təqaüddə olan mədəniyyət işçiləri ziyarət edilib

Sabirabad Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sabirabad və Saatlı rayon komitələrinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə təqaüddə olan bir qrup mədəniyyət işçisi ziyarət olunub.

Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, idarə rəisi Fərid Qurbanzadə və əməkdaşlar uzun müddət Sabirabad rayon Əsədli kənd klubunun müdiri vəzifəsində çalışmış Lətif Məhərrəmovun, Sabirabad rayon Mərkəzi kitabxanasının sabiq əməkdaşı Svetlana Hüseynovanın, həmçinin Saatlı rayon Qıraqlı kənd kitabxana filialının müdiri işləmiş Ehtiram Mirzəyevin və Qıraqlı kənd mədəniyyət evinin mədəni təşkilatçısı işləmiş Mirfazil Həşimovun ailələrinə baş çəkərək onlarla bayramlaşıb, bayram sovqatı veriblər.