Ümumi

Sabirabadda vətəndaşların hərbi xidmətlə bağlı müraciətləri dinləniləcək

Sabirabadda vətəndaşların hərbi xidmətlə bağlı müraciətləri dinləniləcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək.

Bu barədə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, general-mayor aprelin 24-ü saat 10:00-da Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların aprelin 20-dək SHXÇDX-nin adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.