Cəmiyyət

Səyyar "ASAN xidmət" avtobusu Saatlıda

Səyyar

Dekabrın 4-dən 20-dək "ASAN xidmət"in müasir texnoloji avadanlıqlarla təchiz olunmuş xüsusi səyyar avtobusu Saatlı şəhərində sakinlərə xidmət göstərəcək.

Əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Saatlı şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu ərazidə xüsusi yer ayrılıb. Xüsusi səyyar avtobusda xidmətlərin göstərilməsi üşün hər cür şərait yaradılıb.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

"ASAN xidmət" mərkəzlərinin təsisi edilmədiyi regionlarda səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.