Elm və təhsil

Təhsil naziri Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan və Şirvan sakinlərini onlayn qəbul edəcək

Təhsil naziri Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan və Şirvan sakinlərini onlayn qəbul edəcək

Təhsil naziri Emin Əmrullayev oktyabrın 29-u saat 16:00-da Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Təhsil Nazirliyindən bildirilib ki, qeyd olunan bölgələrin sakinləri oktyabrın 20-27-də saat 18:00-dək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət (portal.edu.az, edu.gov.az) ünvanlamaqla videoqəbula yazıla bilərlər.

Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaq. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.