Məqalələr

Türkiyə Azərbaycan dostluğu əsrlər boyu yaşayacaqdır

Türkiyə Azərbaycan dostluğu əsrlər boyu yaşayacaqdır

Vətən müharibəsində böyük qələbənin  qazanılmasının şəriksiz memarı müzəffər Ali Baş Komandan və qəhrəman Azərbaycan Ordusudur. İgid əsgər və zabitlərimiz 44 gün ərzində daim irəli gedərək xalqımızın arzu və istəklərini reallaşdırdılar. 30 ilə yaxın işğal altında qalan tarixi və əzəli torpaqlarımız erməni işğalından qurtuldu, ərazi bütövlüyümüz bərpa olundu. Bu haqda nə qədər yazılsa da, deyilsə də yenə azdır.

Müharibənin ilk günlərindən xarici ölkələrin Azərbaycana münasibətdə tutduğu yer və sərgilədikləri mövqe diqqəti çox cəlb edirdi. Xaricdəki erməni lobbilərinin təsiri altında bəzi dövlətlər ermənilərin yanında yer aldılar. Lakin haqqı, ədaləti müdafiə edənlərin sayı çox oldu. Bunun nəticəsi idi ki, Azərbaycan kəskin beynəlxalq təzyiqlərə məruz qalmadı. Vətən müharibəsi dövründə Azərbaycana ən böyük siyasi və mənəvi dəstək verən ölkələr arasında ilk növbədə Qardaş Türkiyənin adı xüsusi qeyd olunmalıdır. Ümummilli lider Heydər Əliyevin "Bir  millət, iki dövlət" devizinin təkcə sözdən ibarət olunmadığını əməlləri ilə təsdiq edən Qardaş Türkiyə II Qarabağ müharibəsinin ilk günündən sonuna qədər "...Dost və Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa davam edəcəyik" dedi. Hətta Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, onun düşünülmüş diplomatik gedişləri, xüsusən "...əgər bu münaqişədə qırmızı xəttimiz keçilərsə, inciməsinlər, babamızın oğlu da olsa gözümüz görməz" ifadələri Azərbaycanın işğal altında olan ərazilərimizi qurtarmaq uğrunda aparılan müharibənin uğurlarına böyük təsir göstərdi.                   

İsgəndərova Aynur,
Saatlı şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi.