Cəmiyyət

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə tədbir keçirildi

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə tədbir keçirildi

Saatlı Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil və mədəniyyət işçiləri, ziyalılar, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Heydər Əliyev meydanında təşkil olunan tədbirdə ilk öncə idarə, müəssisə əməkdaşlarının və məktəblilərin hazırladığı əl işlərinin, eyni zamada Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm dövrlərini əks etdirən fotoşəkillərin, Xəmsə kitab evi və Hophopnamə kitab mərkəzinin kitablarının nümayişi həyata keçirilib.

Daha sonra konsert proqramı ilə davam edən tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin əməkdaşları, regionun və respublikanın tanınmış ifaçılarının ifasında musiqi nömrələri və "Adıgün" Türk Xalq Folklor rəqs qrupu tərəfindən bir-birindən maraqlı rəqs nömrələri nümayiş olunmuşdur.