Cəmiyyət

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizin regionlarında da qeyd edilib

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizin regionlarında da qeyd edilib

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizin regionlarında da qeyd edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyət göstərdiyi Şüvəlan qəsəbəsində, Sabirabad, Saatlı, Hacıqabul, Göygöl, Zərdab, Qəbələ və Zaqatala rayonlarında aidiyyəti dövlət orqanlarının, təşkilatların və təhsil müəssisələrinin yaxından dəstəyi və iştirakı ilə tədbirlər keçirilib. Uşaqların tarixi yerlərə, istirahət mərkəzlərinə və parklara ekskursiyaları böyük marağa səbəb olub.

Tədbirlərdə şəhid və qazi ailələrinin uşaqları, xüsusi qayğıya ehtiyac duyan və həssas təbəqədən olan uşaqlar, mərkəzlərin benefisiarları və valideynlər iştirak ediblər.

Tədbir musiqili-əyləncəli, proqram, uşaqların ifasında şeirlər, mahnı və rəqslərlə davam edib.