Ümumi

YAP Saatlı rayon təşkilatını təmsil edən komanda finala yüksəlib

YAP Saatlı rayon təşkilatını təmsil edən komanda finala yüksəlib

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə "Nə? Harada? Nə zaman?" intellektual oyununun G qrupu üzrə yarış keçirilib.

YAP Saatlı rayon təşkilatından verilən məlumata görə, Göyçay rayonunda keçirilən yarışda Qaradağ, Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Beyləqan, İmişli, Saatlı və Sabirabad komandalarından ibarət qrup oyunları təşkil olunub. Oyunların yekun nəticələrinə görə Saatlı, Sabirabad və Göyçay komandaları yüksək nəticələr əldə edərək Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak edəcəklər.