Cəmiyyət

"Yeni İl" və "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə tədbir keçirildi

Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində görülmüş işlərin yekununa dair hesabat konfransı, eyni zamanda Yeni İl və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov "Konstitusiya və Suverenlik İli" çərçivəsində rayon icra hakimiyyəti tərəfindən görülmüş işlərdən, əldə olunmuş nəticələrdən və konstitusiyanın ümumi mahiyyətindən ətraflı danışaraq, ictimai-siyasi sabitliyin qorunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin əhəmiyyətini xüsusi vurğulamış, həmçinin rayon ərazisində icra olunan sosial-iqtisadi layihələr, maarifləndirmə proqramları və hüquqi təşəbbüslərin uğurlu nəticələr, qarşıda duran prioritet vəzifələr və planlaşdırılan tədbirlər barədə iştirakçıları məlumatlandırmış, eyni zamanda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən, bu günün milli birliyin, həmrəyliyin və azərbaycançılıq ideologiyasının təcəssümü olmasından bəhs etmiş, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qazandığı uğurlardan, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs etmişdir.

Daha sonra "Konstitusiya və Suverenlik İli" çərçivəsində rayon icra hakimiyyəti tərəfindən görülmüş işlərə dair hesabat məruzəsi oxunmuş və videoçarx nümayiş olunmuşdur.

Daha sonra Yeni İl və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert proqramı ilə davam edən tədbirdə, mədəniyyət müəssisələrinin əməkdaşları, Bülbül adına uşaq-musiqi məktəbinin müəllimləri və rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının iştirakı ilə bir-birindən maraqlı musiqi nömrələri, milli vətənpərvərlik ruhunda ifa olunan mahnılar və Nəsimikənd kənd Folklor evinin nəzdində fəaliyyət göstərən "Adıgün" Türk Xalq Folklor kollektivi tərəfindən mədəni irsimizi əks etdirən səhnə rəqsləri nümayiş etdirilmiş və tədbir tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.