Kənd təsərrüfatı

Zakir Quliyev: Aşağı Muğan kanalının yenidən qurulması 28 min hektardan çox sahənin su təminatını yaxşılaşdıracaq

Zakir Quliyev: Aşağı Muğan kanalının yenidən qurulması 28 min hektardan çox sahənin su təminatını yaxşılaşdıracaq

Mil-Muğan iqtisadi rayonunda su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək.

Bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev Saatlı rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə keçirilən müşavirədə səsləndirib.

Zakir Quliyev bildirib ki, Saatlı və Sabirabad rayonlarının ümumilikdə 28 min 744 hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılması məqsədilə Aşağı Muğan kanalının yenidən qurulması işlərinə başlanılıb.

O qeyd edib ki, Saatlı və Sabirabad rayonlarının ərazilərində ümumilikdə 45 min 263 hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılması məqsədilə Sabir suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb, ekspertiza rəyləri alınıb və tender prosesləri həyata keçirilərək tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur.