Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları Aynurə Namazova və Suman Məmmədhəsənova Saatlı, Sabirabad rayonlarında çöl ekspedisiyasında olublar.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ekspedisiyada gövşəyən ev heyvanlarından helmintoloji materiallar toplanıb. Toplanmış helmintoloji materialların üzərində tədqiqat işləri laboratoriyada davam etdirilir.