İdman

Futbol turnirinin final mərhələsinin oyunu keçirilib

Futbol turnirinin final mərhələsinin oyunu keçirilib

Saatlı rayon Təhsil şöbəsinin əməkdaşı Şəhid Leytenant Xalid Nəciyevin xatirəsinə həsr olunmuş müəllimlərarası futbol çempionatının həm final mərhələsi, həm də turnirin rəsmi bağlanış mərasimi oldu. Mərasimdə Şəhidin ailə üzvləri, Saatlı RİH-nin əməkdaşları, Saatlı rayon təhsil işçiləri, Saatlı Gənclər və İdman idarəsinin əməkdaşları və rayon ictimaiyyəti iştirak edirdi.

Final mərhələsində Nəsimikənd kənd tam orta məktəbin komandası ilə Simadakənd kənd tam orta məktəbin komandası üz-üzə gəldilər. Gərgin və maraqlı keçən oyunda Nəsimikənd kənd tam orta məktəbinin komandası 4:3 hesabı ilə çətin qələbə qazandı.

Final oyunundan sonra rəsmi mükafatlandırma mərasimi oldu. Qalib komandalar mükafatlandırıldıqdan sonra fərqlənən oyunçular, təşkilatçılar və hakimlər də mükafatlandırıldı.

Saatlı rayon Təhsil şöbəsi olaraq, turnirin ərsəyə gəlməsində əməyi olan müəllimlərə, təşkilatçılara öz minnətdarlığımızı bildiririk.

Allah şəhidlərimizə rəhmət etsin!