Saatlı Rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbində “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin dəstəyi, rayon gənclər və idman idarəsinin və rayon uşaq gənclər idman-şahmat məktəbinin təşkilatçılığı ilə “Könüllülər kuboku” uğrunda yarışının şahmat oyunları keçirilib.
Açıq havada keçirilən turnir 16-29 yaşlı oğlan və qızlar arasında təşkil olunub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, gərgin idman mübarizəsi şəraitində keçən şahmat yarışında Sənan Heydərli qalib adını qazanıb. Yarışın yekun nəticələrinə əsasən sonrakı yeri Fəqan Əvəzov, üçüncü yeri isə İsmayıl Musazadə tutub.
İsveçrə sistemi ilə keçirilən yarışda qaliblər “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin, Saatlı rayon Gənclər və İdman İdarəsinin və rayon uşaq gənclər idman-şahmat məktəbinin rəhbərlərinin birgə imzaladıqları diplomlarla və xatirə hədiyyələri ilə təltif olunublar.