Saatlıda “İdman həftəsi” ilə bağlı silsilə tədbirlərin davamı olaraq tir atıcıları arasında yarış keçirilib. Hər atıcı 3 dəfə atış şansı ilə hədəfə atəş açıb.
Saatlı Rayon Gənclər və İdman İdarəsindən bildirilib ki, idarənin, Saatlı “Gənclər evi” sosial xidmət müəssisəsinin və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan yarışda yeniyetmə və gənclərdən ibarət 30-a yaxın atıcı iştirak edib. Qalib mümkün olan 30 xaldan 21 xal toplayan Mirzəzadə Sənan Vüsal oğlu diplomla təltif olunub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən fevralın 27-dən martın 5-dək ölkə ərazisində “İdman həftəsi” keçirilir.