Saatlının içməli su təchizatı yaxşılaşdırılıb
“Azərsu” ASC-nin daxili imkanları hesabına Saatlı rayonunun Nərimanov kəndi və 101 ailənin məskunlaşdığı məcburi köçkün qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi yekunlaşıb.
“Azərsu” ASC-nin daxili imkanları hesabına Saatlı rayonunun Nərimanov kəndi və 101 ailənin məskunlaşdığı məcburi köçkün qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi yekunlaşıb.
Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Saatlı rayonunda “Zəfər simvolu-Xarıbülbül” adlı tədbir keçirilib.
27 sentyabr 2021-ci il tarixində Saatlı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 27 sentyabr Anım Gününə həsr olunmuş rayon ictimaiyyətinin, ziyalıların, gənclərin iştirakı ilə rayonun "Gənclər Parkı"nda Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirildi.
27 sentyabr 2021-ci il tarixində Saatlı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon İcra Hakimiyyəti başçısının, ziyalıların, gənclərin, şəhid ailələrinin iştirakı ilə Vətən müharibəsi zamanı torpaqlarımızın azadığı uğunda canlarından keçmiş şəhidlərimizin məzarları ziyarət olundu, məzarları üstə gül dəstələri qoyuldu və ruhlarına dualar oxundu.
27 sentyabr 2021-ci il tarixdə Saatlı rayon İcra Hakimiyyətinin təşkilatçılığıi ilə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini anmaq məqsədilə 27 sentyabr Anım Gününə həsr olunmuş Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünüdə tədbir təşkil olundu.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarına əməl olunması ilə bağlı nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Saatlı rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə kompleksi inşa edilib. Kəndin 3 şəhidinin rəsmi abidədə öz əksini tapıb. Kompleksin ərazisində, həmçinin bulaq istifadəyə verilib.
Saatlıda “Mədəni kənd - mədəni mühit” layihəsi çərçivəsində keçirilən tədbirlər davam etdirilir. Növbəti belə tədbir rayonun Sımada kəndində gerçəkləşib.
Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Saatlı rayonunun içməli su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihə həyata keçirir. Layihə Nərimanov kəndi və kəndin yaxınlığında yerləşən məcburi köçkün qəsəbəsinin dayanıqlı və keyfiyyətli içməli su təminatına hesablanıb.