Ümumi

“Azərsu” ASC-nin sədr müavini Saatlıda vətəndaşlarla görüşüb

“Azərsu” ASC-nin sədr müavini Saatlıda vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumların rəhbərlərinin 2022-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov martın 16-da Saatlı şəhərində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.

Saatlıda şəhid Anar Məmmədovun xatirəsi əbədiləşdirilib

Saatlıda şəhid Anar Məmmədovun xatirəsi əbədiləşdirilib

Saatlı rayonu Mustafabəyli kəndində Vətən müharibəsi şəhidi Anar Məmmədovun xatirəsinə inşa edilən bulağın açılışı olub.

Saatlıda şəhid Elvin Həsənovun xatirəsinə inşa olunan bulaq istifadəyə verilib

Saatlıda şəhid Elvin Həsənovun xatirəsinə inşa olunan bulaq istifadəyə verilib

Saatlı rayonu Əhmədbəyli kəndində şəhid Elvin Həsənovun xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunan “Şəhid bulağı” istifadəyə verilib. Açılış mərasimində şəhidin ailə üzvləri ilə bərabər Saatlı rayon İcra Hakimiyyətinin, YAP Saatlı rayon təşkilatının, Saatlı rayon Mədəniyyət Mərkəzinin, Saatlı rayon Gənclər və İdman İdarəsinin, digər idarə və müəssisələrin nümayəndələri, şəhid ailələri, qazi və veteranlar, kənd sakinləri, məktəblilər iştirak edib.

Yaponiya hökumətinin dəstəyi ilə Saatlı rayonunun Əbil kəndində tibb məntəqəsi inşa olunub

Yaponiya hökumətinin dəstəyi ilə Saatlı rayonunun Əbil kəndində tibb məntəqəsi inşa olunub

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi noyabrın 18-də Saatlı rayonunda olub.

Saatlıda 8 noyabr Zəfər Günü ilə əlaqədar tədbir keçirildi

Saatlıda 8 noyabr Zəfər Günü ilə əlaqədar tədbir keçirildi

8 noyabr Zəfər Günü ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirildi.

Saatlının içməli su təchizatı yaxşılaşdırılıb

Saatlının içməli su təchizatı yaxşılaşdırılıb

“Azərsu” ASC-nin daxili imkanları hesabına Saatlı rayonunun Nərimanov kəndi və 101 ailənin məskunlaşdığı məcburi köçkün qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi yekunlaşıb.

Saatlıda “Zəfər simvolu-Xarıbülbül” adlı tədbir keçirilib

Saatlıda “Zəfər simvolu-Xarıbülbül” adlı tədbir keçirilib

Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Saatlı rayonunda “Zəfər simvolu-Xarıbülbül” adlı tədbir keçirilib.

Saatlı rayonunda şəhidlərin adlarını əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirildi

Saatlı rayonunda şəhidlərin adlarını əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirildi

27 sentyabr 2021-ci il tarixində Saatlı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 27 sentyabr Anım Gününə həsr olunmuş rayon ictimaiyyətinin, ziyalıların, gənclərin iştirakı ilə rayonun "Gənclər Parkı"nda Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirildi.

Anım günündə şəhid məzarları ziyarət edildi

Anım günündə şəhid məzarları ziyarət edildi

27 sentyabr 2021-ci il tarixində Saatlı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon İcra Hakimiyyəti başçısının, ziyalıların, gənclərin, şəhid ailələrinin iştirakı ilə Vətən müharibəsi zamanı torpaqlarımızın azadığı uğunda canlarından keçmiş şəhidlərimizin məzarları ziyarət olundu, məzarları üstə gül dəstələri qoyuldu və ruhlarına dualar oxundu.