Cəmiyyət

Bölgələrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil və fərdi ev verilib

Dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Samux, Şəki, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Balakən və Zərdab rayonlarında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil və fərdi ev təqdim olunub.