Cəmiyyət

Saatlı rayonunda keçirilən tədbirdə narkomanlığın qarşısının alınması ilə bağlı ictimai maarifləndirmə işinin genişləndirilməsinin zəruriliyindən danışılıb

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.6-cı bəndinin icrası ilə əlaqədar, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfıyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı Heydər Əliyev mərkəzində maarifləndirmə tədbiri təşkil edilib.