Ümumi

Saatlıda şəhid Elvin Həsənovun xatirəsinə inşa olunan bulaq istifadəyə verilib

Saatlı rayonu Əhmədbəyli kəndində şəhid Elvin Həsənovun xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunan “Şəhid bulağı” istifadəyə verilib. Açılış mərasimində şəhidin ailə üzvləri ilə bərabər Saatlı rayon İcra Hakimiyyətinin, YAP Saatlı rayon təşkilatının, Saatlı rayon Mədəniyyət Mərkəzinin, Saatlı rayon Gənclər və İdman İdarəsinin, digər idarə və müəssisələrin nümayəndələri, şəhid ailələri, qazi və veteranlar, kənd sakinləri, məktəblilər iştirak edib.