Kənd təsərrüfatı

Saatlıda keçirilən toxum sərgi-satış yarmarkasında 20-dən çox yerli sort taxıl nümayiş etdirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir. Budəfəki sərgi-satış yarmarkası Saatlı rayonunda təşkil olunub. Sərgi-satış yarmarkasında 20-dən çox yerli sort taxıl nümayiş etdirilib.