YAP Saatlı rayon təşkilatının yaranmasının 31 illiyi qeyd edilib
Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının yaradılmasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının yaradılmasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib.
24 oktyabr 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisindən keçən magistral avtomobil yolunun ətrafında növbəti ağacəkmə aksiyası həyata keçirilmişdir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 18-27 oktyabr tarixlərində Saatlı şəhərinin mərkəzi yol kənarında, həmçinin rayon ərazisindən keçən magistral yol ətrafında və əvvəlcədən münbit vəziyyətə gətirilmiş digər boş torpaq sahələrində növbəti ağacəkmə aksiyası həyata keçirilir. Aksiyada 11200 müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulur.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 18 oktyabr 2024-cü il tarixdə Saatlı rayonunda ağacəkmə aksiyasına start verilmişdir. Aksiya 18-27 oktyabr tarixlərini əhatə edəcəkdir.
Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsi üçün ehsan süfrəsi açılmışdır. Tədbir iştirakçıları əvvəlcə şəhər mərkəzində yerləşən Şəhidlər abidə-xatirə kompleksini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüşlər.
Saatlı rayonunda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunmuşdur. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüşlər.
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Saatlı rayonunda inşa olunan 360 şagird yerlik yeni məktəb şagirdlərin istifadəsinə verilib.
Sentyabrın 14-də, şənbə günü Saatlı Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ümumrayon iməciliyi keçirilib.
Saatlıda küncüt yığımına başlanılıb. Hazırda küncüt kolları kökündən çıxarılır və sahədə quruması üçün toplanılır.