Saatlıda sənaye məhsullarının istehsalı 5,3 faiz artıb
Bu ilin birinci rübündə Saatlıda 11 sənaye müəssisəsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 23 milyon 276,8 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 milyon 181,8 min manat və ya 5,3 faiz çoxdur.