Azərbaycanda pambıq sahələrinin sığorta mövsümü başlayıb
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən güzəştli aqrar sığorta mexanizmi çərçivəsində pambıq sahələrinin yeni mövsüm üçün sığortalanmasına başlanılıb.
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən güzəştli aqrar sığorta mexanizmi çərçivəsində pambıq sahələrinin yeni mövsüm üçün sığortalanmasına başlanılıb.
Ötən il Bəhrəmtəpə Hidroqovşağının İstismarı İdarəsi tərəfindən Köhnə Cənubi Muğan kanalında 2 ədəd səviyyə qaldırıcı qurğu əsaslı təmir olunub. Bundan əlavə, birləşdirici qol kanalında əkin sahələrinin su ilə təminatını yaxşılaşdırmaq məqsədilə 1 ədəd səviyyə qaldırıcı qurğu tikilərək istifadəyə verilib.
Saatlıda Türkiyədən gətirilən “Eşmə” heyva növü yetişdirilir. Hazırda bağda dərmanlama işləri görülür. 2020-ci ildə salınan bağdan cari ildə məhsul götürülməsi planlaşdırılır.
Saatlı rayon Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq “Azərsu” ASC bölgələrdə kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumların rəhbərlərinin 2022-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov martın 16-da Saatlı şəhərində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayonun Mircəlal kəndinin sakinləri ilə səyyar qəbul keçirmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.
Sabirabad Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sabirabad və Saatlı rayon komitələrinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə təqaüddə olan bir qrup mədəniyyət işçisi ziyarət olunub.