Ölkə Başçısı Saatlıda

Prezident İlham Əliyev Saatlı rayonunun Yeni Novruzlu kəndində təzə evlərin açılışında iştirak etmişdir

Bu ilin yazında Kür və Araz çaylarıının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Saatlı rayonunun Yeni Novruzlu kəndi ərazisində evləri uçulan vətəndaşlar üçün təzə mənzillər tikilmişdir. Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni evlərin açılışında iştirak etmişdir.